QMİ-dən Ramazan açıqlaması: fətva veriləcək

QMİ-dən Ramazan açıqlaması: fətva veriləcək
  16 İyun 2014    Oxunub:1180
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verəcək.
Bunu AzVision.az-a açıqlamasında QMİ-nin sədr müavini hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, hazırda Ramazan ayının başlama tarixi dəqiq bilinmir.

“Ay nə vaxt görünsə, onda dəqiq vaxt bəlli olur. Bizim hazırladığımız təqvimdə təqribi məlumat var, amma fətva hələ verilməyib. Ay görünüb dəqiq vaxt bəlli olduqdan sonra fətva veriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından isə bildirilib ki, yeni ay iyunun 27-si saat 13:11-də görünəcək.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti