“Məndən siyasətçi olmaz” – Prezidentliyə namizəd
Belə ki, Türkiyə müxalifəti prezident seçkilərinə vahid namizədlə gedərək İkmaləddin İhsanoğlunu Ərdoğana qarşı rəqib seçiblər.
Müxalifətin bu addımından sonra Türkiyə mətbuatı İhsanoğlunun ötən il verdiyi maraqlı müsahibəni gündəmə gətirib.
Prezidentliyə vahid namizəd kimi irəli çəkilən İhsanoğlu 2013-cü ildə seçkilərlə bağlı jurnalistlərin sualına “Məndən siyasətçi olmaz” deyərək cavab vermişdi.
“Heç məni siyasətlə maraqlanan gördünüzmü? İstəsəydim siyasətə çoxdan gələrdim. Heç vaxt siyasətə maraq göstəmədim. Məndən siyasətçi olmaz”-deyə İhsanoğlu bildirmişdi.
Qeyd edək ki, prezidentliyə namizəd kimi adı hallanan E,İhsanoğlu İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibidir. Onun bu çıxışından sonra Ərdoğan hakimiyyətinə qarşı siyasi mübarizədə qalib gələcəyi sual doğurur.
Anar
Teqlər: