Ukrayna Rusiya ilə sərhədləri bağlayır
Bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mixail Koval deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna sərhədinin 250 kilometr hissəsi bağlanıb. Gələn həftə isə sərhədlərin bir neçə günlük tamamilə bağlanması nəzərdə tutulur.
“Ukrayna prezidenti, Ali Baş Komandan Petro Poroşenko Rusiya ilə sərhədlərin bağlanması ilə bağlı göstəriş verib”, - deyə Mixail Koval bildirib.
Qeyd edək ki, Rusiya da bir müddət əvvəl Ukrayna ilə sərhəddə yerləşən bəzi vilayətlərdə sərhədləri bağlamışdı.
Rusiya sərhədləri Ukraynadan ölkə ərazisinə qaçqınların kütləvi axınına görə bağlayıb. Ukrayna isə Rusiyadan silahlıların ölkə ərazisinə daxil olduğunu əsas gətirərək sərhədləri bağlamaq qərarını verib.(Ans)
Teqlər: