İŞİD-in milyardlarla pulu var

İŞİD-in milyardlarla pulu var
  17 İyun 2014    Oxunub:793
İraqın Mosul şəhərini ələ keçirən İŞİD terror qruplaşmasının büdcəsi açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mosulu ələ keçirəndə 875 milyon dollar büdcəsi olan İŞİD-in hazırki büdcəsinin 1.5 milyard dollara çatdığı bildirilir.

İngiltərənin “The Guardian” qəzetində dərc olunan məqalədə isə qeyd olunur ki, təşkilatın büdcəsi 2.4 milyard dollar ola bilər.

Təşkilatın Suriyada olarkən Əl-Nabuk arxeoloji bölgəsində tarixi eksponatları ələ keçirdiyi və 8 min illik arxeoloji tapıntıdan 36 milyon dollar qazandığı da bildirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti