İsrail Qəzzanı vurdu

İsrail Qəzzanı vurdu
  17 İyun 2014    Oxunub:1005
İsrail ordusu Qəzza zolağında yerləşən fələstinlilərin dörd obyektinə zərbələr endirib.
AzVision.az-ın məlumatına görə, İsrail ordusu bu zərbələri Qəzzadan atılan raketə cavab olaraq edib.

“Qəzza zolağından atılan raketə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri istehsal yerləri və anbarlar da daxil olmaqla dörd obyektə aviazərbələr endirib”, deyə İsraillin müdafiə nazirliyinin rəsmisi öz “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, fələstinlilər Qəzza zolağından İsrailin Aşkelon şəhəri istiqamətinə raket atıb. Hücum nəticəsində heç kimə ziyan dəyməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti