Ukraynada yenidən seçkilər keçiriləcək

Ukraynada yenidən seçkilər keçiriləcək
  17 İyun 2014    Oxunub:1028
Ukrayna prezidenti Pyotr Poroşenko fraksiyaların Ali Radaya növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Prezident və fraksiya rəhbərlərinin görüşü zamanı tərəflər növbədənkənar parlament seçkilərin keçirilməsi ilə bağlı tədbirləri müzakirə edib. Prezident vurğulayıb ki, cəmiyyət arasında hakimiyyətin yenidən formalaşması ilə bağlı fikirlər hələ də aktualdır: “Mən bu təşəbbüsü dəstəkləyirəm”.

Görüşdə müzakirə edilən vacib məsələlərdən biri də prezident tərəfindən Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi barədə təşəbbüs olub.

“Bu qanun layihəsi bizim hakimiyyətin desentralizasiyası ilə bağlı təşəbbüsümüzə tamamilə uyğun gəlir və Donbass regionunda sülhün əldə olunması üçün əsas elementdir”, – deyə Poroşenko bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti