3 ölkə Avropa Birliyi ilə saziş imzalayacaq

3 ölkə Avropa Birliyi ilə saziş imzalayacaq
  17 İyun 2014    Oxunub:1124
Avropa Birliyi iyunun 27-də Ukrayna, Moldova və Gürcüstanla assosiasiya sazişi imzalayacaq.

AzVision.az xəbər verir ki, bu məlumat Avropa Birliyi Şurasının saytında yerləşdirilib.

“Hər üç ölkə ilə razılaşma Avropa Şurasının iclasında imzalanacaq. Artıq Ukrayna ilə saziş imzalanması prosesinin texniki hazırlıqları yaxın günlərdə başa çatacaq”-deyə məlumatda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Ukraynadakı nümayəndəsi Yan Tombinskiy Razılaşmanın iqtisadi tərəfinin iyunun 27-də imzalanacağını bildrimişdi.

Assosiasiya ilə bağlı Razılaşmanın siyasi tərəfi martın 21-də Brüsseldə imzalanıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti