Birləşmiş Ştatlar İraqa 275 əsgər göndərəcək. AzVision.az-ın məlumatına görə, hərbçilər İraqın paytaxtı Bağdadda ABŞ səfirliyini qoruyacaq.
“Prezident təxminən 275 əsgərin İraqa göndərilməsi ilə bağlı hesabatı Konqressə təqdim edib. Əsgərlərimiz Bağdaddakı ABŞ səfirliyinin təhlükəsizliyini təmin edəcək”, -deyə ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib.
Onun sözlərinə görə, Bağdaddakı ABŞ səfirliyi öz işini davam etdirir və İraqda olan ABŞ diplomatlarının əksəriyyəti öz vəzifələrinin icrasını davam etdirəcək.