İraqdakı almanlar xilas edildi
“Spiegel Online”nin yaydığı məlumata görə, işçilər İraq ordusuna məxsus helikopter və “Siemens” firmasının təyyarəsi ilə Bağdadın 200 kilometr şimalından götürülüblər.
Xəbəri Almaniya Xarici İşlər Nazirliyi də təsdiqləyib.
İŞİD üzvlərinin şəhəri ələ keçirdikdən sonra Beyci şəhəri yaxınlığındakı stansiyada gizləndiyi bildirlir. Almaniya vətəndaşların həyatını təhlükəyə atmamaq üçün bu günə qədər Almaniya mediasının bu mövzuda demək olar ki, xəbər yazmadıqları bildirlir.
Almaniya Xarici İşlər Nazirliyinin diplomatik səyləri nəticəsində İraq hökuməti işə qarışıb və işçilər xilas olub.
Fatimə Kərimli
Teqlər: