Dehli Ermənistanı həm silahlandırır, həm də enerji sistemini qurur

 Dehli Ermənistanı həm silahlandırır,   həm də enerji sistemini qurur
  23 Noyabr 2023    Oxunub:1398
Hindistan şirkətləri Ermənistanın enerji infrastrukturunun tikintisi, yenidən qurulması və modernləşdirilməsi layihələrində iştirak edəcəklər.
Bununla bağlı razılıq Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan ilə Hindistanın yeni və bərpa olunan enerji mənbələri naziri Raca Kumar Sinqh arasında videobağlantı vasitəsilə aparılan danışıqlarda əldə olunub.

Ermənistan indi də Hindistan qumbaraatanları ilə silahlanır – FOTOLAR
Ərazi idarəetmə və infrastruktur nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Sanosyan qeyd edib ki, Ermənistan-Hindistan münasibətləri xüsusilə son vaxtlar kifayət qədər sürətlə inkişaf edir. Nazir Ermənistanın Beynəlxalq Günəş Alyansına (Beynəlxalq Günəş Alyansı Fransa və Hindistanın birgə təşəbbüsüdür - red.) qoşulmasının vacibliyini vurğulayıb.

Tərəflər təcrübə mübadiləsinə imkan verəcək ixtisaslaşmış qrupların Ermənistan və Hindistana qarşılıqlı səfərlərinin vacibliyini də qeyd ediblər.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq kursu götürüb. Ötən ilin sentyabrında iki ölkə arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursat tədarük etdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişini aldığını xəbər vermişdi.

Ötən həft isə yerli media Hindistanın Ermənistana 30 mm və 40 mm-lik qumbaraatanlar tədarük edəcəyini yazmışdı. Saytlar "Indian Aerospace Defense News"un (IADN) "X" sosial şəbəkəsindəki paylaşımına istinad ediblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Ermənistan   Əməkdaşlıq  





Xəbər lenti