Ukraynada iki rus jurnalist öldürüldü
Jurnalistlərdən biri - İqor Kornelyuk Luqansk xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı ölən digər jurnalistin adı rəsmi olaraq açıqlanmayıb. Lakin jurnalistlər “Twitter” sosial şəbəkəsində ölən həmkararının adının Anton Voloşin olduğunu qeyd edirlər.
Hadisə zamanı ölən jurnalistlərin yanında operator Viktor Denisov da olub. Lakin ona heç bir ziyan dəyməyib. Hər üç jurnalist Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşıdır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: