Leyla Əliyevanın təşəbbüsü ilə daha bir aksiya
Heydər Əliyev Fondunun Moskvanın səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin bir hissəsi olan bu aksiyada Azərbaycan, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan tələbələr iştirak ediblər. Təxminən 100 nəfər qan verib. Gün ərzində davam edən aksiyada BMDTU-nun tələbələri ilə yanaşı, əcnəbi tələbələrlə iş üzrə dekanlığın və beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları, Azərbaycanın RF-dəki səfirliyinin, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin təmsilçiləri, RAGB üzvləri də iştirak ediblər.
RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev qeyd etmişdir ki, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıqları barədə məlumat alır, digər tərəfdən - qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər. Aksiya başa çatandan sonra İ.M.Seçenov adına BMDTU-nun Klinik transfuziologiya və hematologiya kafedrasında brifinq keçirilib.
Transfuziologiya və hematologiya kafedrasının professoru İmnara Bayraməlibəyli, Azərbaycanın RF-dəki səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimaiyyət və KİV ilə əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova gənclərin bu aksiyaya marağını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, RAGB son 7 ildə BMDTU-nun tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları ilə birlikdə müntəzəm olaraq bu cür aksiyalar keçirir.
Tibb profilli ali məktəblər bazasında təşkil edilən "Qanın milləti yoxdur" humanitar aksiyası Rusiyanın başqa regionlarında da mütəmadi keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində hərtərəfli tibbi dəstək tədbirləri təşkil etməklə başqa ölkələrdə də qana ehtiyacı olanlara kömək göstərirlər.
Teqlər: