Saakaşvili yenidən Putini “vurdu”

Saakaşvili yenidən Putini “vurdu”
  18 İyun 2014    Oxunub:909
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Rusiya prezidenti Vladimir Putini kəskin şəkildə tənqid edib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Saakaşvili “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd edib.

“Putinin imzası dəyişməyib: 2005-ci ildə Gürcüstanın Rusiya qazı ilə təmin edən qaz boru kəməri və əsas elektrikötürmə xətti “naməlum terrorçular” tərəfindən müxtəlif yerlərdə partladılmışdı. Gürcüstan rekord dərəcədə şaxta müşahidə edilən qış fəslində istiliksiz və işıqsız qalmışdı. Rusiyanın bu diversiyası nəticəsində Putin özünün belə nəzərə almadığı nəticə ilə qarşılaşdı. Biz enerji sistemimizi yenidən qurduq və çox tezliklə öz etibarsız qonşumuzdan asılı olmağı dayandırdıq. Biz enerji sektorumuzu bölən korrupsiyanı yığışdırmaqla enerji müstəqilliyinə, onun gücünün artırılmasına, həmçinin etibarlı təchizatçılara keçidə nail olduq” – deyə Saakaşvili öz “Facebook” səhifəsində qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti