Putin Poroşenko qarşısında şərt qoydu

Putin Poroşenko qarşısında şərt qoydu
  18 İyun 2014    Oxunub:1026
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkoya zəng edərək iradlarını bildirib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Putin Poroşenkodan Ukraynada vəzifə borcunu yerinə yetirən rus jurnalistlərin təhlükəsizliyinin təmin edilməsini tələb edib.

Putin Poroşenkonu bu istiqamətdə ciddi tədbirlər görməyə çağırıb.

`Ukraynaya gedən rus jurnalistlərin təhlükəsizliyi təmin olunmalı və bunun üçün vacib tədbirlər görülməlidir`.

Xatırladaq ki, ötən gün Ukraynanın Luqansk vilayətində minaatandan açılan atəş nəticəsində iki rusiyalı jurnalist həlak olub. Hadisə zamanı ölən jurnalistlərin yanında operator Viktor Denisov da olub. Lakin ona heç bir ziyan dəyməyib. Hər üç jurnalist Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşıdır.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti