Malayziyada faciə: 97 ölü

Malayziyada faciə: 97 ölü
  18 İyun 2014    Oxunub:904
Malayziyada yoxa çıxan təyyarədən sonra daha bir faciə baş verib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə faciə ölkənin şimalında – Bantinq adası yaxınlığında gəmi batıb.

Hadisə zamanı gəminin göyərtəsində 97 nəfər olub. Hazırda onlardan 61-i itkin düşmüş hesab olunur. Gəmidə olan sərnişinlərdən əksəriyyəti İndoneziya vətəndaşı olub. Onlar arasında uşaqlar və qadınlarda olub. Hazırda itkin düşənlərin axtarışlarına başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti