Türkiyə İraq türkmənlərinin müdafiəsinə qalxdı
Onun sözlərinə görə, ilkin mərhələdə İraqa 20 tonluq humanitar yardım göndərilib. Bundan əvvəl Türkmən Xalq Cəbhəsinin rəhbəri Ərşad Salehi iraq türkmənlərinə kömək üçün Türkiyəyə müraciət etmişdi.
“İraq hökuməti bütün millətlərdən olan vətəndaşlarına yardım edir, təkcə türkmənlər kənarda qalıb”- o, müraciətində qeyd etmişdi. Ə. Salehinin sözlərinə görə, hazırda iraq türkmənləri, xüsusilə də ölkənin şimalında yaşayanları mərkəzi hökumətin diqqətindən kənarda qalıblar.
Qeyd edək ki, türkmənlər İraq əhalisinin 11 faizini təşkil edir.
Xatırladaq ki, İraqda hökumət qüvvələri ilə “İŞİD” silahlıları arasında qanlı döyüşlər davam edir. İraqın bir neçə şəhəri silahlıların əlinə keçib.
Səbinə Həsənova