Sarkisyanın milyardlıq biznes imperiyası

Sarkisyanın milyardlıq biznes imperiyası
  18 İyun 2014    Oxunub:1361
Azərbaycanlı diplomat Sarkisyanı ifşa etdi

Azərbaycanın Qarsdakı baş konsulluğu Türkiyə mətbuatında müsahibə dərc etdirib. AzVision.az xəbər verir ki, məqalədə Ermənistanın prezidenti Serj Sarkisyanın gizli biznes imperiyasını ifşa edilib. Konsulluq Sarkisyanın sahibi olduğu şirkətlərin adları çəkərək, erməni prezidenti faktlar qarşısında qoyub.

Sarkisyanın dövlət büdcəsini taladığını deyən baş konsul ermənilərin acınacaqlı durumda olduğunu, onların qul kimi işlədildiyini qeyd edib.

“Ancaq məsələnin ən vacib tərəfi odur ki, Ermənistanın indiki rejimi vətəndaşların var-dövlətini talan edir, krallar kimi həyat tərzi keçirirlər. Demək olar ki, ölkənin hamısı elit ailənin xüsusi iş yerinə çevrilib. Ermənistanda siyasi iqtidar, güc strukturları, kriminal aləm və oliqarx işadamlarını birləşdirən siyasi-iqtisadi rəhbərlik sistemi yaradılıb. Başda Sarkisyan olmaqla, bu siyasi-kriminal-oliqarx sistem ölkənin siyasi, iqtisadi və iş həyatının tam olaraq öz əllərinə alıblar.

Bu gün Ermənistanın iqtisadiyyatının ən gəlirli sahələri prezidenti Sarkistanın və sabiq prezident R.Köçəryanın idarə etdiyi iki qrup arasında bölüşüb. Sarkisyanın prezidentliyi zamanı ona yaxın olan iş adamlarının iqtisadiyyatı daha da güclənib və hətta bəzi sahələrdə Köçəryanın yaxınlarının iş adamlarının biznesləri əlləindən alınır.

Levon Ter-Petrosyan vəzifədən getməsinə baxmayaraq, 2008-ci ilə qədər onunla yaxınlığı olan bəzi iş adamlarına, xüsusislə “SİL” qrupunun sədri Haçatur Sukiasyana (ləqəbi Grzo) öz fəaliyyətini davam etdirməyə icazə verilirdi. Lakin, 2008-ci il prezident seçkilərində Haçatur Sukiasyan Petrosyana açıq-aşkar öz dəstəyini ifadə edib. Buna görə də “SİL” şirkəti saxta məhkəmə ilə Sarkisyan tərəfindən ələ keçirildi”.

Ayxan Süleymanov Sarkiyanın biznes imperiyasından danışaraq, ona məxsus olan şirkətlərin adlarını açıqlayıb.

“Araq istehsalı ilə məşğul olan fabrik, “Ararat” bankı, “Ararat” restoranlar şəbəkəsi (təxminən 30-dən çoxdur), “Armavia” aviaşirkəti, “BTB bank” Ermənistan (Bu bankın Ermənistan filialını 300.000 ABŞ dollara alıb və sonradan 28 milyon dollara satıb).
Dağlıq Qarabağ bölgəsində 3 şərab zavodu daxil olmaqla Mika Group vasitəsilə idarə edilən “Hadrut şərab zavodu”, “Flash” şirkəti (https://azvision.az/redirect.php?url=http: //www.flashltd.am/ru/, şirkətin rəsmi sahibi Barseq Beyleryandır).

Şirkətin əsas fəaliyyəti benzin və dizel yanacağının topdan və pərakəndə olaraq satışıdır. “Global-Contact" ofşor şirkəti, Londonda xüsusi mənzil.

“Mika group” şirkətinin varlığı - https://azvision.az/redirect.php?url=http: //www.mikagroupbd.com/ (şirkətinin idarəedicisi Bakı ermənisi olan Mixail Bagdasarovdur).
Şirkətin fəaliyyətinə daşınmaz əmlak və tikinti, maliyyə əməliyyatları, informasiya və kommunikasiya texnologiyaları, buğda emalı və un istehsalı daxildir. Bununla yanaşı, “Mika group”un əsas fəaliyyətini yanacaq, benzin, təyyarə yanacağı və dizelin xaricdən idxalı daxildir. Bu sahələrdə ölkəyə idxal edilən məhsullar “Mika group”un tam olaraq monopoliyasındadır.
“Mika sement və Mika house” (Razdanda yerləşir) şirkətləri isə inşaat və inşaat materialları sahəsinə nəzarət edir. “Mika House” tərəfindən İrəvanın mərkəzində 5 elit bina tikilib.

Bu şirkətə məxsus “Mika” futbol klubunun dəyərinin 40-50 milyon dollardan çox olduğu bildirilir.

“Mika Karabakh” Azərbaycanın işğal altında olan torpaqlarında zinət əşyalarının istehsalı ilə məşğuldur.

“Mika Group” vasitəsilə “Armsberbank”ın hissələrinin 50%-i; “Jazzve” qəhvə evlərinin və “Philip Morris” şirkətinin rəsmi nümayəndələyi idarə edilir. Eləcə də Moksvada otel – restoranlar şəbəkələri var ki, bütün bunların hamısı Sarkisyanın kürəkəni Mixail Minastan tərəfindən idarə edilir. “ArmenAkob” və “Ay-TV” şəbəkələrini də Sarkisyanın kürəkəninə məxsusdur.

S.Sarkisyan müdafiə naziri olduğu müddətdə Bolqaristandan yüngül və atıcı silahların alınması və üçüncü ölkəyə satılması üçün silah ticarəti şirkəti qurub, hazırda bu şirkət və ölkədəki bütün yanacaq doldurma məntəqələri Sarkisyanın biznesini idarə edən Mixail Bağdasarov və B.Beyleryana məxsusdur. Onlar isə S.Sarkisyanın ən yaxın və etibarlı adamları olaraq tanınır”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti