İsrail 65 fələstinlini saxladı

İsrail 65 fələstinlini saxladı
  18 İyun 2014    Oxunub:891
İsraildə ötən həftə İordan çayının qərb sahilində itən yeniyetmələrin axtarışı ilə bağlı keçirilən xüsusi əməliyyatlar nəticəsində daha 65 nəfər saxlanılıb.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

İsrail Silahlı Qüvvələrinin rəsmisi Piter Lernerin sözlərinə görə, saxlanılan şəxslərdən 51-i daha əvvəl İsrail həbsxanalarında cəzaçəkən şəxslərdir. Onun sözlərinə görə, yeniyetmələrin yoxa çıxamasından sonra keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 240 fələstinli hərbçilər tərəfindən saxlanılıb.

Qeyd edək ki, yəhudi dini məktəbinin üç şagirdi iyun ayının 12-də Hevron şəhəri yaxınlığında itkin düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti