Lavrov: `Azərbaycanla Ukrayna məsələsi müzakirə ediləcək`
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Prezidentlərimizin qəbul etdiyi qərarlar əsasən biz müntəzəm olaraq ünsiyyətdə oluruq”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir ikitərəfli əlaqələrin intensivliyini vurğulayıb. Onun sözlərinə görə, yaxın günlərdə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfər edəcəyi gözlənilir.
Rusiya XİN rəhbəri vurğulayıb ki, tərəflər arasında beynəlxalq məsələlərdə qarşılıqlı anlaşma danışıqlar üçün “zəngin gündəlik” yaradır.
“Müzakirə ediləcək məsələlər çoxdur. Xüsusilə Ukrayna məsələsini müzakirə edəcəyik, digər məsələlər üzrə fikir mübadiləsi aparacağıq”, - deyə Lavrov bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az