Ali Məhkəmənin hakimi: "Məişət zorakılığında barışıq sonda daha ağır cinayətlərə səbəb olur" |
"Bu maddələrlə törədilmiş cinayətlər üzrə 621 nəfər, zərərçəkmiş şəxslərdən isə 543 nəfərini, yəni 87,4 faizini qadınlar, 13,6 faizini isə kişilər təşkil edir.
Zərərçəkmiş 543 nəfər qadından 471 nəfəri, yəni 86,7 faizi ərin və yaxud keçmiş ərin və ya faktiki ərin zorakılığına məruz qalmış arvad, keçmiş arvad və ya rəsmi nikaha girmədən faktiki nikah münasibətlərində olan qadınlardır. Zərərçəkmiş qadınlardan 14 işdə ana oğul övladının, 2 işdə nənə nəvənin, 21 işdə bacı qardaşın və bacının, 17 işdə gəlin qaynananın və qaynatanın, 13 işdə isə qaynana gəlinin və ya kürəkənin zorakılığına məruz qalıb".
Hakim qeyd edib ki, qeyd olunan rəqəmlər, xüsusilə cinayətlərin ailə daxilində qadınlara qarșı törədilməsi ənənəvi dəyərlərimizin müəyyən qədər așındığına işarə etməklə narahatlıq doğurmaya bilməz.
"Bu kimi hallar tələb edir ki, ailənin möhkəmliyinə, ailədaxili münasibətlərə, gender bəraberliyinə təsir göstərən amillərin və zəruri tədbirlərin müəyyən edilməsi üçün lazımi tədqiqatlar, arașdırmalar aparılsın, məişət zorakılığının qarşısının alınmasına aidyyəti olan orqanların fəaliyyəti koordinayasiyalı şəkildə həyata keçirilsin, müvafiq istiqamətlər üzrə onların səyləri birləşdirilsin".
Aytən Zəhra
AzVision.az