Poroşenko: `Atəşkəsə hazırıq`

Poroşenko: `Atəşkəsə hazırıq`
  18 İyun 2014    Oxunub:1033
Pyotr Poroşenko Ukraynanın cənubunda birtərəfli atəşkəs təklif edir.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ölkənin cənubundakı separatçılarla mübarizədə atəşkəsə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Ukrayna ordusu üsyançılara silahı yerə qoymaq, “rus muzdlulara” isə ölkəni tərk etmək imkanı yaratmaq məqsədilə birtərəfli qaydada atəşi dayandıra bilər.

Prezidentin sözlərinə görə, atəşkəs planı yaxın vaxtlarda həyata keçiriləcək. Poroşenkonun mətbuat xidmətindən isə bildirilib ki, “atəşkəs bir neçə saat və ya bir neçə gündən sonra elan edilə bilər”.

Qeyd edək ki, bu bəyanatı səsləndirməzdən əvvəl Poroşenko Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Dövlət başçıları növbəti dəfə Donetsk və Luqansk vilayətlərindəki böhran, eləcə də Ukraynanın cənub-şərqində atəşkəs məsələsini müzakirə ediblər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti