“Araz kursları” nurçulara görə bağlandı – Türk mətbuatı

“Araz kursları” nurçulara görə bağlandı – Türk mətbuatı
  19 İyun 2014    Oxunub:2653
Türkiyə mətbuatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Araz kursları”nı bağlaması haqda qərarına reaksiya verib.

AzVision.az-ın məlumatına görə, türk mediası Fətullah Gülən camaatına aid olduğu iddia edilən təhsil müəssisələrinin bağlanmasını nurçu qalmaqalı ilə əlaqələndirib.

Bildirilib ki, liseylərin və “Araz kursları”nın fəaliyyətinin dayandırılması məhz bu məsələdən irəli gəlir.

Qeyd edək ki, bu gün ARDNŞ tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

Anar


Teqlər:  





Xəbər lenti