Elmar Vəliyevin oğlu nazir müavini ilə - FOTO

Elmar Vəliyevin oğlu nazir müavini ilə - FOTO
  19 İyun 2014    Oxunub:9851
Konfrans Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası çərçivəsində reallaşıb.
AzVision.az-a daxil olan məlumatda bildirilir ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə milli insan hüquqları gününə təsadüf edən konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Konqresin prezidenti Herviq Van Staa təmsil etdiyi qurumun builki prioritetlərindən birinin məhz gənclər siyasəti ilə bağlı olduğunu bildirib, yerli demokratiyanın gücləndirilməsində gənclərinin rolunun artırılmasının vacibliyini önə çəkib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə demokratik cəmiyyətin inkişafında, gənclərin ictimai-siyasi həyatda fəal iştirakını, öz potensialından səmərəli istifadə etmələri üçün əlverişli şəraitin yaradıldığını bildirib.



Prezident Administrasiyası Regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramov isə konqreslə səmərəli əməkdaşlığı vurğulayarq, yerli özünüidarəetmənin inkişafı, gənclərin demokratiyaya cəlb olunması sahəsində mütərəqqi təcrübənin öyrənilməsində konfransın əhəmiyyətini qeyd edib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova və digər çıxışçılar da yerli özünüidarəetmənin təşkili və fəaliyyəti, gənclərin bu sahədə iştirakı ilə bağlı milli təcrübələr barədə danışıblar.

Sonra konfransda "Fundamental sosial hüquqlara gənclərin çıxış imkanlarının yaxşılaşdırılması: təhsil və təlim - məşğulluq - səhiyyə - yaşayış" və "İctimai həyatda gənclərin iştirakı: demokratiyaya gənclərin cəlb olunması" mövzusunda müzakirələrlə davam edib.

“Gəncə Avropa Gənclər Paytaxtı- 2016” Gənclər İctimai Birliyinin sədri Elmir Vəliyev konfransdakı çıxışında bu gün müasir Azərbaycanda həyata keçirilən islahatlardan, qəbul olunmuş dövlət proqramlarının icrasında gənclər fəal iştirakından söhbət açıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin sayəsində ölkədə gənclərə diqqət və qayğı göstərilməklə, həm də dövlət səviyyəsində məqsədyönlü gənclər siyasətinin əsası qoyuldu. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət siyasətinin prioritet sahələrindən olan dövlət gənclər siyasəti Respublikanın ayrı-ayrı regionlarında olduğu kimi, 4000 il yaşı olan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə də uğurla icra olunmaqdadır. Bu gün Şəhərdə 8 ali və orta ixtisas təhsili müəssisəsi vardır. Şəhərdə 8 Tələbə Gənclər Təşkilatı, 7 Gənclər Qeyri Hökumət Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar şəhərdə həyata keçirilən bir sıra yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bu gün gənclər siyasəti Gəncə şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətində olmaqla, daim diqqət mərkəzində saxlanılır.

2011-ci ildən bu günə kimi şəhərdə gənclər sahəsi üzrə 340-dan artıq yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, həmin tədbirlərdə minlərlə gənc iştirak edib. Keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün bu gün Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olurlar.

Gənclər sahəsində aparılan işlərin uğurlu nəticəsi idi ki, Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk Gənclər Paytaxtı seçilib.
Bu gün isə Gəncə Avropa 2016-cı il üçün Gənclər Paytaxtıdır. Artıq Avropa Gənclər Paytaxtı layihəsində qalib gəlmiş paytaxt şəhərlərin şəbəkəsi yaradılmaqdadır. Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı 2016” seçildiyi gündən etibarən bu şəbəkənin bütün görüşlərində aktiv iştirak edir. Bu gün Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir.
Konfransda Böyük Britaniya, Avstriya, İsveç, Belçika, Rusiya və Ukraynanın qanunverici və yerliözünüidarə orqanlarının rəhbərləri, yüksək ixtisaslı beynəlxalq mütəxəssislər, müxtəlif dövlət orqanlarının nümayəndələri, bələdiyyə assosiasiyalarının sədrləri, gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.


Teqlər:





Xəbər lenti