ABŞ qırıcıları İŞİD-ə qarşı
Kəşfiyyat uçuşlarının həyata keçirilməsi barədə qərar ABŞ prezidenti Barak Obama tərəfindən təsdiqlənən “Təhlükəsizlik sahəsində İraqın gücləndirilməsi” proqramı çərçivəsində verilib. Ekspertlər belə qərarın lazım olduğu təqdirdə ABŞ tərəfinin İraqdakı vəziyyətə müdaxilə edəcəyinin göstəricisi olduğunu bildirib.
Xatırladaq ki, İyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
AzVision.az