Əsirlikdən qayıdan ermənilərin əlavə müayinəyə ehtiyacı olmayıb

   Əsirlikdən qayıdan ermənilərin əlavə müayinəyə ehtiyacı olmayıb
  14 Dekabr 2023    Oxunub:898
"Əsirlikdən qayıdan erməni hərbi qulluqçuların əlavə müayinəsinə ehtiyac yoxdur". Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.
“Bütün ehtiyaclar qiymətləndirilib, Muratsan hərbi hospitalında bütün lazımi tədqiqatlar aparılıb”, - deyə Avanesyan bildirib.
Hüseynlə Aqşin Azərbaycana qaytarıldı - Video


Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Azərbaycana isə Ermənistanın əsir götürdüyü iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov təhvil verilib.

Həmçinin oxu

"Ölmüşdüm, bu gün dirildim" - Aqşinin anası

"Əsirlərin dəyişdirilməsi münasibətlərdə “sıfır nöqtə” sayıla bilər" - Paşinyan

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti