Ərdoğandan ABŞ-a İŞİD xəbərdarlığı
“İndiki bəyanatları və mövqeyi nəzərə alsaq, ABŞ İraqa aviazərbələr endirməsi məsələsini nəzərdən keçmir. Bu müsbət addımıdır. Yerli əhalinin arasında İraq və Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları da var. Bu cür əməliyyat dinc sakinlər arasında ağır itkilərə səbəb ola bilər”. –deyə Ərdoğan bildirib.
Xatırladaq ki, İyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
AzVision.az