Bakıda 17 mindən çox parklanma yeri təşkil edilib

 Bakıda 17 mindən çox parklanma yeri təşkil edilib
  18 Dekabr 2023    Oxunub:1344
"Paytaxtda 17 mindən artıq parklanma yerləri təşkil edilib və bu proses yaxın 1-2 ay ərzində başa çatacaq".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O qeyd edib ki, layihəyə uğurla başlanılıb və davam edir:
Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir


"Parklanmanın başlıca məqsədi vəsaitin toplanması deyil, paytaxtda Nəqliyyat axınlarının azaldılması və xaotik vəziyyətin aradan qaldırılmasıdır. Əldə olunan vəsaitlə mövcud parkinq yerlərini saxlamaqla yenilərin təşkil edilməsi həyata keçirilir".

Nazir müavini əhaliyə müraciət edərək bildirib ki, parklanmada nağd ödəniş qanunsuzdur:

""Azparkinq" üzərindən ödəniş nağdsızdır. Bazar günləri parklanma yerləri ödənişsizdir və vətəndaşdan heç kəs ödəniş tələb edə bilməz".

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti