"Ölkədən çıxışıma qadağa qoyulub, 150 min borc var" - Teatr direktoru korrupsiyadan danışdı
Məsələ ilə bağlı AzVision.az -a danışan teatrın direktoru Elman Rəfiyev bildirib ki, bu araşdırmalar onun şəxsi təşəbbüsü ilə baş tutub.
"Günlərin bir günü telefonuma zəng gəldi ki, Pantomima Teatrının direktoru kimi ölkədən çıxışıma qadağa qoyulub. Mən bunu araşdıranda məlum oldu ki, teatrın 150 min vergi borcu var. Bundan sonra teatra yeni mühasib dəvət olundu və yeyintinin olduğu mənə tam aydın oldu. Mədəniyyət Nazirliyinə məktub yazıb yoxlama aprılması üçün müraciət etdim".
Direktor qeyd edib ki, bir ilə yaxındır ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparır.
"Son nəticəni onlar deyəcək. Qanun qarşısında hər kəs cavab verəcək".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Teatr