Hamilə qadınlara qızılca peyvəndi vurdurmaq olmaz
Onun sözlərinə görə, əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuş ilə nəticələnə bilər. Bəzən tam sağlam uşaqlar da doğula bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur.
Həkimin sözlərinə görə, xəstə insanla kontaktda olmuş hamilə bunları etməlidir: “Təcili şəkildə həkimə müraciət olunmalıdır və 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır”.
Virusa yoluxmuş hamilə qadınlarda müalicənin necə aparılmasına gəlincə isə X. Mirzəyeva bildirib ki, hamiləlik zamanı qızılca peyvəndi vurdurmaq qəti şəkildə məsləhət görülmür: “Hamiləliyi planlaşdıran qadınların ən azı 6 ay əvvəl qızılcaya qarşı peyvəndlənməsi tövsiyə olunur. Xəstəliyə yoluxan hamilələr üçün xüsusi bir müalicə planı mövcud deyil. Ona görə də simptomatik müalicə təyin edilir. Uşaq dünyaya gəldikdən sonra müayinə olunur. Əgər uşaqda qızılca aşkar olunarsa, o, anası ilə bərabər qalır və ana südü ilə qidalanır. Amma yoluxmayıbsa, ana izolyasiya olunur və müalicə planı təyin edilir”.
AzVision.az
Teqlər: