Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib

Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib
  14 Mart 2025    Oxunub:582
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil olunub.
Bu dəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilib. Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansı hallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”, “Nəqliyyat vasitəsi yardımın verilməsində imtinaya səbəb olurmu?” kimi sualları cavablandırılıb.

Mövzunun mənimsənilmə səviyyəsini müəyyən etmək məqsədilə workshop təşkil edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

“Sosial Jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.


AzVision.az


Teqlər:





Xəbər lenti