Naxçıvanda ana imtahana girdi, uşağını dekan saxladı - FOTOLAR |
"Mən bunu sadəcə öz səhifəmdə elə belə, o andakı xoş hisslərimlə paylaşmışdım. Düşünmürdüm ki, bir anda bütün Azərbaycanda yayılar. Tələbəmiz Naxçıvandan deyil, həyat yoldaşı da başqa rayondandır. Qaynanası gəlib uşağı saxlayırdı. Sadəcə bu dəfə gələ bilməmişdi və Zeynəb imtahana uşağı ilə gəlmək məcburiyyətində qalmışdı. Buna görə ona hər hansı irad bildirməyib. Mən də həmin an iclasa hazırlaşırdım. Dedi ki, "müəllimə gözləyin, biz imtahan verək, sonra iclasa gedərsiniz" . Sadəcə iclasın vaxtı bir az gec olduğu üçün uşağa baxdım. Test imtahanı idi və kompüterlə verilirdi. 20-30 dəqiqəyə tələbələr zaldan çıxırdı. Qısa zamanda Sevinclə xoş vaxt keçirdim və xoş ünsiyyətimiz bütün Azərbaycana yayıldı".
Qeyd edək ki, Naxçıvan Universitetində imtahana girən tələbənin övladını dekanın saxlaması sosial şəbəkələrdə geniş rəğbətlə qarşılanıb. İmtahan verən qadın isə Naxçıvan Universitetinin Xarici dil müəllimliyi (ingilis) ixtisası üzrə 4-cü kurs tələbəsi Zeynəb Şöhrət qızı Vəliyevadır.
Aytən Zəhra
AzVision.az