"Adını dəyişib "X" qoymaq istəyirlər"

//Xarici adlara niyə meyl artır?

      "Adını dəyişib "X" qoymaq istəyirlər"
  12 Yanvar 2024    Oxunub:2333
Qəribə, mənası və səslənməsi gözəl olmayan adların uşaqlara verilməsi faktları hələ də qalır. Ancaq belə halların qarşısı qeydiyyat idarələrində alınır.
Uğur, Zəhra, Yusif, Məryəm: 5 ilin ən məşhur adları niyə dəyişilmir?
Bunu AzVision.az -a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. O qeyd edib ki, uşağa adın verilməsi təkcə ailəyə mənsub deyil. Eyni zamanda bu, sosial mühitlə bağlı olan məsələdir. Valideynlər ad seçiminə xüsusi diqqət yetirilməlidir.

S.Sadıqova vurğulayıb ki, son illərin insanların öz adlarını dəyişdirib xarici adlar alması halları çoxalıb: "Bir çox hallarda belə müraciətlər zamanı Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınmır. Məsələn, müraciət edir ki, adını "X"a dəyişmək istəyir. Bu nə dərəcədə doğrudur?

Yeni qəribə adların bəziləri müasir texnologiyalarla bağlıdır. Bəziləri isə xarici adlardan istifadə etmək istəyir. Məsələn Dünyamalı adını dəyişib, Daniel, Elnarə adını dəyişib Culyetta qoymaq istəyir. Belə etməklə özünü xarici vətəndaş kimi hiss edən, xaricdə öz adının daha çox populyar olacağını düşünənlər də var. Hərənin öz təfəkkür tərzi var və ona uyğun hərəkət edirlər. Ad dəyişmənin bir çox səbəbi valideynlərin vaxtında övladlarına yaxşı adlar verməməsidir ki, onlar da buna məcbur olurlar".

Aytən Zəhra
AzVision.az


Teqlər:   Ad  





Xəbər lenti