"İkinci söhbət ola bilməz" - Hadi Rəcəbli namizədini açıqladı

 "İkinci söhbət ola bilməz" -  Hadi Rəcəbli namizədini açıqladı
  12 Yanvar 2024    Oxunub:1825
“Azərbaycan xalqının 99 faizi prezident İlham Əliyevə səs verəcək”.
Bunu AzVision.az -a açıqlamasında sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli fevralın 7-nə təyin olunmuş prezident seçkilərindən danışarkən deyib.
"Seçkilərdə ən böyük dəstəkçim qızımdır" - Zahid Orucla MÜSAHİBƏ



O, bildiirb ki, yanvarın 16-dan etibarən Lənkəran zonasında təbliğat kampaniyasında iştirak edəcək. Sabiq deputat seçkilərdəki namizədini də açıqlayıb:

“İkinci söhbət ola bilməz. İlham Əliyev cənabları mənim əzizimdir, sevimlimdir. Dünyada tanınmış, şöhrətli liderimizdir. Onunla fəxr edirəm. Azərbaycan xalqının 99 faizi ona səs verəcək”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   seçki  





Xəbər lenti