General Hodces: "Bu müharibədə Krıma nəzarət edən qalib gələcək"

   General Hodces:    "Bu müharibədə Krıma nəzarət edən qalib gələcək"
  16 Yanvar 2024    Oxunub:1045
Krım hələ də Rusiyanın işğalı altında olan Ukrayna ərazisinin ən mühüm hissəsidir.
AzVision.az xəbər verir ki, bunu istefada olan general-leytenant, ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces "Sestry" nəşrinə müsahibəsində deyib.

"Kiyev hətta NATO ilə birgə Krımı ala bilməyəcək" - Keçmiş MKİ analitiki
"O zona bizim "həlledici ərazi" dediyimiz yerdir. Krıma kim nəzarət edirsə, bu müharibədə də o qalib gələcək. Məncə, yarımadada qurudan hücum əməliyyatları yaxın gələcəkdə baş tutmayacaq. Bu, artıq köhnəlmiş düşüncə tərzidir. Yəni, ilk növbədə Krımı rus qoşunları üçün yararsız hala gətirmək vacibdir”, - Hodces qeyd edib.

Onun sözlərinə görə, bunun üçün Ukraynaya “istənilən ərazini vura bilən” yüksək dəqiqlikli uzaqmənzilli silahlar lazımdır: "Hər bir Rusiya gəmisinə, təyyarəsinə, hər qərargah, raket meydançasına və hava qüvvələri bazasına çata biləcək silah. Nəticədə, bu, Krımı Rusiyanın istifadəsi üçün yararsız edəcək".

O, yarımadanın işğaldan azad edilməsinin ikinci komponenti kimi Krımın təcrid olunmasını görüb. İşğalda qalan strateji bölgəyə getmək üçün istifadə olunan məhdud-iki marşrutu bağlamaq lazımdır: "Birinci hədəf qanunsuz tikilmiş Kerç körpüsüdür. İkinci isə Rostovdan Azov sahili ilə Mariupol və Berdyansk vasitəsilə Krıma uzanan quru dəhlizi adlanan ərazidir. Bu marşrutların hər ikisi ilə əlaqəni kəsmək olar. Bunu isə uzaq məsafədən vurulan dəqiq atəşlə reallaşdırma mümkündür”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Ukrayna   Rusiya   General  





Xəbər lenti