Ermənistan ordusu NATO standartlarına keçir

   Ermənistan ordusu  NATO standartlarına keçir
  23 Yanvar 2024    Oxunub:1161
Ermənistan ordusu yeni geyim formasına keçir. Hərbçilərin geyimlərində NATO standartları nəzərə alınacaq.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Rusiya Ermənistan vasitəsilə Qafqazda NATO maraqlarını təşviq etmək cəhdlərini qeydə alır" - Lavrov
“Müdafiə Nazirliyi yeni geyim formasını seçərkən həm NATO meyarlarına, həm də beynəlxalq təcrübənin öyrənilməsinin nəticələrinə uyğun hərəkət edir. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri götürülərək tədqiq edilib”, - nazirlikdən sayta bildirilib.

Xatırladaq ki, hələ ötən ilin noyabrında müdafiə naziri Suren Papikyan parlamentdə çıxış edərkən orduda hərbi geyimlərin dəyişdirilməsi prosesinə başlanıldığını, beynəlxalq tərəfdaşlarla iş aparıldığını demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ermənistan   Ordu  





Xəbər lenti