Hipermarketlərdə poçtamatlar quraşdırılıb

   Hipermarketlərdə poçtamatlar quraşdırılıb
  25 Yanvar 2024    Oxunub:1007
"2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC tərəfindən poçtamatlar gətirilib və mərkəzi poçt məntəqəsində müştərilərinin istifadəsinə verib".
AzVision.az xəbər verir bunu İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlərə dair keçirilən brifinqdə deyib.

Sədr qeyd edib ki, bu poçtamatlar hipermarketlərdədir, qısa zamanda sayları artacaq.

O əlavə edib ki, qurum yalnız onlayn sifarişlərin çatdırılması üçün nəzərdə tutulan, xüsusi xidmət nöqtələri olan PUDO məntəqələrini də istifadəyə verib. Hazırda 50-yə yaxın məntəqədə səhər 9:00-dan axşam 21:00-a qədər PUDO-lar fəaliyyət göstərir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti