Vardanyanın həbs qətimkan tədbirinin müddəti uzadıldı
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, BBC bu yaxınlarda Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.
AzVision.az
Teqlər: