İki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır

İki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır
  26 Yanvar 2024    Oxunub:938
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.
Prezident təqaüdçüsü dəm qazından öldü
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.

AzVision.az


Teqlər:  





Xəbər lenti