Çavuşoğlu: “AŞPA-nın Azərbaycana qarşı qərarı qeyri-obyektivdir”
Əvvəllər oxşar qərarların qəbul edildiyi nümunələrlə müqayisədə Azərbaycana qarşı bu qərarın qeyri-mütənasib, balanssız, qeyri-obyektiv və qeyri-konstruktiv olduğu açıq-aydın görünür.
Əslində, bu qərar Avropa xalqlarının bərabər və demokratik təmsilçilik hüquqlarına və AŞPA-nın reputasiyasına ağır zərbədir.
Ümid edirəm ki, Avropa Şurasının təsis fəlsəfəsində əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitlik mühitinə xidmət etməyən bu qərar ləğv olunacaq. AŞPA bu qərarı tez bir zamanda düzəltməlidir".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib. Yanvarın 24-ü AŞPA plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Qətnamə 76 səs lehinə, 10 səs əleyhinə olmaqla qəbul edilib. AŞPA-nın 4 üzvü isə bitərəf qalıb.
Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanat səsləndirəndən sonra məkanı tərk edib.
AzVision.az
Teqlər: