General Rayan: "Kiyev Rusiyanın strategiyasına görə uğursuzluğa düçar olacaq"

   General Rayan:    "Kiyev Rusiyanın strategiyasına görə uğursuzluğa düçar olacaq"
  05 Fevral 2024    Oxunub:1129
Avstraliya ordusunun istefada olan general-mayoru Mik Rayan Ukrayna müharibəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə qeyd edib ki, Rusiya hazırda hərbi strategiyasını cəbhədəki mövcud vəziyyətə daha yaxşı uyğunlaşdırır. Bu amil isə Rusiya Silahlı Qüvvələrinə 2024-cü ildə əhəmiyyətli üstünlük verəcək.

General Hodces: "Bu müharibədə Krıma nəzarət edən qalib gələcək"
General iddia edib ki, Rusiya milli, hərbi siyasətin inkişafına və dövlət resurslarından istifadəyə təsir edən strateji uyğunlaşma məsələsində Ukraynadan xeyli üstündür.

Rayan Kiyevin taktikanı dəyişmək qabiliyyətini qiymətləndirsə də, silahlı münaqişələrdə qalib gəlmək üçün strateji uyğunlaşmanın vacib amil olduğunu deyib: "Strateji uyğunlaşmada Rusiyanın üstünlüyü davam edərsə, Ukrayna məğlubiyyətlə üzləşəcək, Rayan yekunlaşdırır".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Rusiya   Ukrayna  





Xəbər lenti