Ukraynanı "mərmi aclığı" gözləyir - "The Wall Street Journal"

      Ukraynanı "mərmi aclığı" gözləyir    - "The Wall Street Journal"
  08 Fevral 2024    Oxunub:1275
Almaniya kansleri Olaf Şolz Ukraynanın Qərbin dəstəyinə baxmayaraq, "mərmi aclığı" ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Bu fikirlər The Wall Street Journal-da dərc olunan məqalədəndir.

General Rayan: "Kiyev Rusiyanın strategiyasına görə uğursuzluğa düçar olacaq"
O, artıq Almaniyanın bəzi maliyyə öhdəlikləri üzrə limitinin tükənməsinə diqqət çəkərək deyib ki, bəzi şərtlər uzadılmalıdır.

Amerika nəşri digər məqaləsində də Ukrayna qoşunlarında kəskin silah çatışmazlığının olması barədə yazıb. İddia edilir ki, Ukrayna Silahlı Qüvvələrinin atdığı hər mərmiyə on rus mərmisi ilə cavab verilir.

Məqalə müəllifin fikrincə Ukrayna tərəfi ABŞ-nin hərbi yardımı azaldacağından ehtiyat edərək sursata qənaət rejiminə keçib. Bu səbəbdən Ukrayna diqqətini dron hücumlarına yönəldib.

Amerika rəsmiləri isə jurnalistlərə açıqlamalarında bəyan edirlər ki, ABŞ Konqresi hazırda Kiyevə ən güclü yardımın qarşısını alır. Hansı ki, bu dəstək Ukraynaya artilleriya sursatları almağa və hava hücumundan müdafiəni gücləndirməyə imkan verər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Mərmi   ABŞ  





Xəbər lenti