Bıçaqlanan şagirdin vəziyyəti ağırdır

 Bıçaqlanan şagirdin vəziyyəti ağırdır
  12 Fevral 2024    Oxunub:984
Cəlilabbadda sinif yoldaşı tərəfindən bıçaqlanan şagidin vəziyyəti açıqlanıb.
Azərbaycanda 9-cu sinif şagirdi məktəb yoldaşını kürəyindən BIÇAQLADI
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayon sakini 21.11.2008-ci il təvəllüdlü (cinsi kişi) şəxsin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisənin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin şagirdləri arasında olduğu bildirilir. 2008-cı il təvəllüdlü yeniyetmə ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü yeniyetmə müəyyən edilərək saxlanılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Şagird   Bıçaqlanma  





Xəbər lenti