Məhv edilən ermənilər "Erkrapa"nın könüllüləri olublar

   Məhv edilən ermənilər  "Erkrapa"nın  könüllüləri olublar
  13 Fevral 2024    Oxunub:2241
Ermənistanın Zəngəzurun Nerkin-And kəndi yaxınlığında törətdiyi təxribat nəticəsində məhv edilən erməni hərbçilərin kimliyi açıqlanıb.
"Sputnik Armeniya"nın yaydığı məlumata görə, öldürülən təxribatçılar "Erkrapa" Könüllülər Birliyinin üzvləri olublar.

Qeyd edək ki, "Erkrapa" könüllü birləşmələri 1993-cü ildə yaranıb və onun ilk komandiri, sonralar birliyin sədri Vazgen Sarkisyan olub. O, 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror aktı nəticəsində öldürülüb. Bundan sonra Vazgen təşkilatın əbədi sədri seçilib. 2008-ci ildə könüllülər birliyinin üzvlərinin sayı on min nəfərə çatıbmış.

Məhv edilən erməni hərbçilərin sayı dördə çatdı - YENİLƏNİB
Uzun illər “Erkrapa”ya "Tuşonka satan" ləqəbi almış general, hərbi cani Manvel Qriqoryan rəhbərlik edib. Sözügedən təşkilat Aprel döyüşlərində də Azərbaycan əleyhinə təxribatları ilə seçilib. "Tuşonka satan" öldükdən sonra birliyə digər hərbi cani Sasun Mikaelyan rəhbərlik edir.

O, Vətən müharibəsə başlayan zaman təşkilatın bütün regional strukturlarını təxribatlar üçün səfərbər etmişdi. Həmin zaman "Erkrapa"nın 76 ərazi və regional bölməsi olub. Yerli medianın yazmasına görə, Ordumuzun müxtəlif istiqamətlərdə keçirdiyi əməliyyatlar nəticəsində "Erkrapa" döyüşçüləri ağır itkilər veriblər.

Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Bundan başqa eyni gündə saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Nəticədə sərhədçilərimiz 2 erməni hərbçisini məhv ediblər.

Bu gün həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçiriblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti