Zibili çıxan "qəhrəman" - FOTOLAR

Zibili çıxan "qəhrəman"   - FOTOLAR
  05 Mart 2024    Oxunub:7331
Ermənistanın İkinci Qarabağ müharibəsində əsas "qəhrəman"ına çevrilmiş Albert Ovannisyanın şərəfinə açılmış guşə təhqirə məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Albertin atası Artak Ovannisyan özünün Facebook səhifəsində məlumat yayıb. O yazıb ki, "Kanaker-Zeytun" Tibb Mərkəzində oğlunun şərəfinə qoyulmuş xatirə lövhəsi bilərəkdən təhqir olunub: "Şöbə bərbad vəziyyətdədir. Söhbət Kanaker-Zeytun Tibb Mərkəzinin Plastik Reabilitasiya və Mikrocərrahiyyə şöbəsindən gedir. Bura 2021-ci ilin fevralında oğlum, "dünya şöhrətli" artilleriyaçı, "Artsax" qəhrəmanı (Keçmiş separatçıların uydurma medalı-red.) Albert Ovannisyanın adı verilmişdi. Bu şöbədə 200-dən çox əsgər müalicə olunurdu".

“Məşhur” erməni topçunun atası etiraza qalxdı
O qeyd edib ki, tibb mərkəzinə yenidən baş çəkəndə təəccüblənib. Şöbənin yerləşdiyi mərtəbədə Albertin şəkili olan lövhə yığışdırılıb, guşə isə zibilxanaya çevrilib.

"Xəstəxana əməkdaşlarından yığışdırılan lövhənin hara qoyulmasını öyrənməyə çalışdıq. Bəziləri dedi ki, guşənin yerini dəyişiblər. Halbuki lövhəni başqa heç yerdə tapmadıq. Digər maskalı işçilər isə bizi təəccübləndirdilər. Onların sözlərinə görə, ümumiyyətlə tibb mərkəzində oğlumun şərəfinə hansısa lövhə olmayıb. Bizə qəribə baxan işçilərə xatirə lövhəsinin divardakı yerini göstərdik. Hansı ki, indi lövhənin divardakı yerində yalnız deşiklər qalıb. Həmişə təzə çiçəklərin qoyulduğu lövhənin aşağı hissəsinə isə zibil atılmışdı", - ölmüş əsgərin atası gileylənib.

Qeyd edək ki, Ermənistan ordusunun "məşhur" topçusu müharibənin ilk günlərində qəhrəman hərbçilərimiz tərəfindən məhv edilib

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Ermənistan   Tibb-Mərkəzi  





Xəbər lenti