Məktəblərdə "qəhrəman"ların guşələri ləğv edilir" - Erməni jurnalist

   Məktəblərdə "qəhrəman"ların guşələri ləğv edilir"    - Erməni jurnalist
  06 Mart 2024    Oxunub:1027
Ermənistanda İkinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərlə bağlı yeni qalmaqal yaşanır.
AzVision.az xəbər verir ki, erməni jurnalist Nairi Hoxikyan Facebook-da paylaşım edərək ölən hərbçilərin xatirəsinə dövlət səviyyəsində hörmətsizlik göstərilməsindən gileylənib.

Zibili çıxan "qəhrəman" - FOTOLAR
“Bir neçə həftə əvvəl xəbərdarlıq etmişdim ki, Qarabağda öldürülmüş "qəhrəman"larımıza həsr olunmuş şərəf və ya xatirə guşələri sökülür. Bunun üçün dövlət orqanlarına, ilk növbədə məktəblərə göstərişlər verilib. Həmin vaxt mənimlə qorxu içində əlaqə saxlayaraq digər təhsil ocaqlarında da oxşar hadisənin baş verdiyini deyənlər var idi. Lakin onlar hücuma, təzyiqlərə məruz qalmamaq, uşaqlarına zərər gəlməməsi üçün konkret məlumatlar ötürmürdülər.

Ona görə də, ortada faktların olmaması ilə bağlı ittihamlar səsləndi. İndi isə, həmin vaxt səsləndirdiyim fikirlər yavaş-yavaş faktlarla sübut olunur. Amma heç kim etiraf etmək istəmir ki, təhlükənin qarşısı əvvəlcədən alınmalı idi. Bu məsələlər diqqətdən kənarda qalmamalıdir", - erməni jurnalist yazıb.

O qeyd edib ki, son zamanlar mətbuatda bu mövzuya daha çox toxunulur və real faktlar artıq fotoşəkillərlə cəmiyyətə göstərilir.

Məsələn, Hrazdandakı 14 saylı məktəbdə “Şərəf guşəsi” sökülüb. Sonradan isə guşə ictimai qınaq, səs-küy və artan təzyiqlərin sayəsində bərpa edilib: "Dünən isə məlum oldu ki, 2020-ci ildə həlak olmuş Albert Ovannisyanın xatirə lövhəsi İrəvanın "Kanaker-Zeytun" Tibb Mərkəzindən götürülüb. Yenə də cəmiyyətin qəzəbi ortaya çıxdı və bundan sonra bələdiyyə rəhbərliyi guşənin xəstəxananın keçmiş rəhbəri tərəfindən ləğv edildiyini açıqladı. Yenə də "əvvəlkilər" günahkar çıxarıldılar. Əminəm ki, hələ də üzə çıxmamış onlarla belə hadisə var”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Jurnalist   Qəhrəman  





Xəbər lenti