Fransa telekanalı: "Dünyanın ən yaxşı qorunan insanı Putindir"

   Fransa telekanalı:    "Dünyanın ən yaxşı qorunan insanı Putindir"
  11 Mart 2024    Oxunub:1513
Rusiya prezidenti Vladimir Putin dünyada ən yaxşı şəkildə qorunan şəxsdir. Rusiya lideri görünməmiş təhlükəsizlik sisteminə malikdir.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın BFM telekanalı məlumat yayıb.

Peskov Putinin təhlükəsizliyindən danışıb
Qeyd edilir ki, onun ətrafında 50 min yüksək təlim keçmiş agentdən ibarət təhlükəsizlik qüvvələri, xüsusi avtomobillər və qatar, hətta Ceyms Bonda layiq nəqliyyat sistemi formalaşıb.

Tarixçi və təhlükəsizlik məsələləri üzrə ekspert Mark Qaleotti telekanala verdiyi açıqlamada qeyd deyib ki, “Aurus” avtomobili “yalnız prezidenti qorumaq üçün deyil, həm də rabitə avadanlığı ilə təchiz edilmiş mobil komanda məntəqəsi sayılır”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov da dünən bu mövzuya toxunub. O, mətbuat konfransı zamanı deyib ki, "Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir".

Prezidentin kənar yerdə qidalanmasının təhlükəli olub-olmaması ilə bağlı suala cavab verən Peskov qorxulu heç nəyin olmadığını vurğulayıb: "Təhlükəsizlik xidməti dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir və səyahət zamanı qəbul etdiyi yeməklərə diqqət yetirir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Təhlükəsizlik   Mühafizə  





Xəbər lenti