Filippo: "Putin bir cümlə ilə Makron və Zelenskini aşağıladı"

   Filippo:    "Putin bir cümlə ilə Makron və Zelenskini aşağıladı"
  14 Mart 2024    Oxunub:653
"Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevlə müsahibəsində fransalı həmkarı Emmanuel Makron və Ukrayna rəhbəri Vladimir Zelenskini bir cümlə ilə aşağılaya bilib".
AzVision.azxəbər verir ki, bu fikirləri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində yazıb.

Fransa telekanalı: "Dünyanın ən yaxşı qorunan insanı Putindir"
Filippo Putinin müsahibədə Ukrayna ilə danışıqlara başlamaqdan söz açarkən “psixotrop dərmanlardan istifadə" fikrinin səsləndirməsində müəyyən siyasi xadimlərə birbaşa eyhamlar görüb.

Partiya liderinin sözlərinə görə, Kreml rəhbəri birbaşa Fransa prezidenti Emmanuel Makronla Ukrayna rəhbəri Vlodimir Zelenskiyə irad tutub. O əlavə edib ki, Makron “özünü alçaldılmış hiss etməyi sevir” və mütləq Rusiya rəhbəri ilə müsahibəni izləməlidir.

Xatırladaq ki, Vladimir Putin “Rossiya-1" telekanalına son müsahibəsində Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib: "Amma bu danışıqlar bölgədə formalaşmış reallıqlara əsaslanmalıdırş Biz danışıqlara hazırıq? Bəli, hazırıq. Ancaq yalnız psixotrop dərmanlardan istifadə etdikdən sonra hansısa "istəklərə" deyil, belə hallarda necə deyərlər, yerlərdə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Fransa   Makron   Zelenski  





Xəbər lenti