Newsweek: "Zelenski Qərbi aldatdı"

   Newsweek:    "Zelenski Qərbi aldatdı"
  14 Mart 2024    Oxunub:829
Ukrayna prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətin Ukrayna Silahlı Qüvvələri üçün əlverişli olduğunu elan etməklə Qərbi aldatmağa çalışıb.
Bu fikirlər “Newsweek”də dərc olunan məqalədəndir. Devid Brennanın müəllifi olduğu məqalədə yazılıb ki, Rusiya ordusu Avdeyevkanı ələ keçirdikdən sonra yeni ərazilərin zəbt edilməsi istiqamətində də uğurlu planlar qurur. Hərçənd, Zelenski döyüş bəlgələrində rus hərbi qüvvələrinin hücumlarının dayandırıldığını deyib.

Filippo: "Putin bir cümlə ilə Makron və Zelenskini aşağıladı"
Qeyd edilir ki, Rusiya qoşunları hazırda da cəbhənin bütün istiqamətlərində irəliləyir. Bunun əvəzində Ukrayna Silahlı Qüvvələri tədricən geri çəkilir.

"Volodimir Zelenski bazar ertəsi Fransanın BFM TV telekanalına müsahibəsində Rusiyanın başlatdığı aktiv hücumlarının dayandırıldığını bildirmişdi. O, “Bizim komandanlığımız, ordumuz Rusiyanın Ukraynanın şərqinə hücumunu dayandırdı” dedi. Lakin ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bazar ertəsi və çərşənbə axşamı döyüşlərin gedişinə dair yaydığı məlumatlarda bildirib ki, rus qoşunları hələ də Zaporojye, Donetsk, Xarkov və Luqanskdakı ən şiddətli döyüş bölgələrində irəliləyirlər", - nəşr yazıb.

Məqalə müəllifi "Newsweek"in əməkdaşlarının məsələ ilə bağlı şərh almaq üçün Rusiya Müdafiə Nazirliyinə elektron poç vasitəsilə sorğu göndərdiyini də qeyd edib.

Məqalədə “The New York Times”ın (NYT) martın 9-da yaydığı məlumat da xatırlanıb. NYT yazıb ki, rus bölmələri Avdeyevkadan kənardakı əraziləri aktiv şəkildə zəbt edə bilmir, hücum nisbətən ləngiyir. Buna səbəb həmin kənar bölgələrin açıq əraziyə malik olmasıdır. Donetskin Berdiç, Orlovka və Tonenke kəndləri yaxınlığında da irəliləmələrdə bağlı ləngimə yaşanır.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Zelenski   Putin  





Xəbər lenti