"Kanal 11"in rəhbərinə əlavə ittiham verilib

   "Kanal 11"in rəhbərinə əlavə ittiham verilib
  15 Mart 2024    Oxunub:952
"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürülüb.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb.

Vəkilin sözlərinə görə, əvvəlki müvəkkili barəsində əlavə ittiham verilib:

"Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub".

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

AzVision.az


Teqlər: məhkəmə   həbs   ittiham  





Xəbər lenti