Moskvadakı terroru təşkil etməkdə şübhəli bilinənlər saxlanıldı - FOTOLAR

   Moskvadakı terroru təşkil etməkdə şübhəli bilinənlər saxlanıldı    - FOTOLAR
  23 Mart 2024    Oxunub:785
Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”a hücumda şübhəli bilinən iki nəfər Bryansk vilayətində ələ keçirilib.
Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər yayıb.

Moskvada dəhşətli terror: Ölənlərin sayı 133-ə çatıb - FOTO/VİDEO - YENİLƏNİB
Bildirilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda - Tyoplıy kəndi yaxınlığında saxlanılıb.

İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça bilib. Qaçan şəxslərin kimliyi məlum olub.

İddia olunur ki, onlar Məhmədrəsul Nəsridinov (37 yaş), Rivojidin İsmonov (51 yaş), Şoxinjon Safolzoda, (21 yaş), Rüstəm Nəzərovdur (29 yaş). Onların hamısının Tacikistan vətəndaşları olduğu deyilir.

Hazırda şübhəlilərin terror aktında iştirakı yoxlanılır.Qaçan dörd nəfərin axtarışına başlanılıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 80-dən çox insan ölüb, 140-dan çox insan isə yaralanıb.
AzVision.az

Qalereya




Teqlər:   Moskva   Terror   Tacikistan  





Xəbər lenti